Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Fatiməni oğlumun toyuna çağırmayacağam”- Nadir

“Fatiməni oğlumun toyuna çağırmayacağam”- Nadir

Müğənni Nadir Qafarzadə bir müddət əvvəl qalmaqal yaşadığı rəqqasə Fatimə Fətəliyeva ilə bağlı danışıb. 

SHOWNEWS.AZ xəbər verir ki, ona “Həmin Zaur” proqramında qonaq olarkən dörd məşhurun-Xalq artisti Faiq Ağayevin, rejissor Kənan Mahmudovun (MM), müğənni Zenfira İbrahimovanın və F. Fətəliyevanın fotosu göstərilib.

Nadirə “Hansını oğlunun toyuna çağırmayacaqsan” sualı ünvanlanıb. O düşünmədən Fatimənin toyda olmayacağını söyləyib:

“Aramızda elə soyuqluq yoxdur. Lakin tez küsür, heç nədən inciyir. Bunları onun özünə də demişəm. Çox xırda məsələni fikrində saxlayır. Söyləyirəm ki, ay Fatimə, olmaz belə. O da deyir ki, bu mənim xasiyyətimdir, dəyişə bilmirəm. Deyirəm, dəyişmək lazımdır. Sən daha nənəsən”.

Qeyd edək ki, iki məşhur arasında qalmaqala səbəb Fatimənin fəxri ad almadığı üçün gileylənən Nadiri tənqid etməsi olub.