Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəmişin qardaşı Gülünü hədələdi: "Başına hələ çox bəlalar gələcək!"

Rəmişin qardaşı Gülünü hədələdi: "Başına hələ çox bəlalar gələcək!"

Mərhum gitaraçı Rafiq Hüseynovun (Rəmiş) qardaşı Vaqif Hüseynov "Elgizlə izlə" proqramına müraciət edib.

SHOWNEWS.AZ xəbər verir ki, V.Hüseynov mərhum qardaşının arvadı Gülü xanım haqqında bəzi açıqlamalar verib. O, Gülünün Rəmişin övladlarını düşünmədiyini, onların isə kirayələrdə qaldığını bildirib:

"Biz ailədə bir bacı, dörd qardaş olmuşuq. Hamımız da peşəkar musiqiçi olmuşuq. Lakin biz musiqi ilə məşğul olmamışıq. Sara Qədimova babamın dayısı qızıdır. Rəmiş Nüşabə adlı xanımla evləndi. İki qızı oldu. Qızının birinin yoldaşı rəhmətə getdi. İndi kirayədə qalırlar. 

Getdi Moskvada işlədi, ev aldı Montindən. Birini də hökumət ona verdi. Yanında gəzdirdiyi iki evdə qalır. Onun sifətinə görə heç kim yas mərasiminə getmədi. Qohum-əqrəba hamı ondan üz döndərdi. Deyir, bu ev mənə qalıb. Sənə heç nə qalmayacaq, başına hələ çox bəlalar gələcək".