Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Şiddət görsəz, lazımi qurumlara müraciət edin, yanınızdayam” - Röya qadınlara SƏSLƏNDİ

“Şiddət görsəz, lazımi qurumlara müraciət edin, yanınızdayam” - Röya qadınlara SƏSLƏNDİ

Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında qadına qarşı zorakılıq mövzusu ilə bağlı paylaşım edib.   
 

Sənətçi şiddət görən qadınlara bu əziyyətə səssiz qalmamalarını, aidiyyatı qurumlara müraciət etmələrini qeyd edib:  

“Heç bir kəs düşünməsin ki, qadın zəifdir və onu əzə bilər. Bəzi hallarda yanınızdakı dostlar “heç nə edə bilməzsən”, “onsuz həmişə belə olacaq”, “Döz! Döz! Döz!” deyəcək. Axırda da gəlib hamının qarşısında səni öldürür. Ona görə də heç kimə qulaq asmayın. Hər bir insanın qorxduğu yer, şəxs var əlbət. Ən əsası qanun var. Nə badə siz şiddət görüb də susasız. Anında lazımi qurumlara müraciət edin. Mən də sizin yanınızdayam!”