Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zamiq konsertinin gəlirlərini “Yaşat” fonduna ianə edəcək

Zamiq konsertinin gəlirlərini “Yaşat” fonduna ianə edəcək

Müğənni Zamiq Hüseynov 2022-ci ilin ilk solo konsertinə imza atacaq.
Sənətçinin şəhid və qazi ailələri üçün nəzərdə tutulan "Var ol" adlı musiqili gecəsi 7 yanvar tarixində Heydər Əliyev sarayında reallaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq.

Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "Yaşat" fonduna ianə ediləcək.