Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

“Sənəti ailəmə qurban verdim, çox peşmanam” - Rahidə Baxışova

“Sənəti ailəmə qurban verdim, çox peşmanam” - Rahidə Baxışova

Müğənni Rahidə Baxışova “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən səmimi etirafları ilə gündəmə gəlib.
SHOWNEWS.AZ Oxu.az-a istinadla xəbər verir ki, proqramda Tükiyənin məşhur ulduzu Sibel Canın “Kanasın” mahnısını ifa edən sənətçi şounun aparıcısı Zaur Kamalın söylədiyi “Müğənnilərin problemləri olanda qəmgin mahnılar ifa edirlər” şərhinə belə reaksiya verib:

“Doğrudur, problemlərim var. Xəstəliklə bağlı hamı özünə qapanıb. Ümid edirəm ki, tezliklə hər şey bərqərar olacaq”.

Daha sonra Rahidə illər öncə sənətdən getməsi haqqında danışıb: “Kim istəyər ki, ailəsində uzaq düşsün? Əsla sənətlə əlaqəli bir məsələ deyil, insan həyatıdır. Mən sənəti ailəmə qurban verdim. Amma çox peşmanam. Gərək sənətimdən uzaqlaşmazdım. İnsan öz sevdiyi işini və sənətini heç kimə görə atmamalıdır. İnsan səni tərk edə bilər, amma sənətin, işin səninlə hər zaman qalacaq. Bu, mənim həyat təcrübəmdir, yaşadıqlarımdır”.

Şounun gedişatında Z.Kamalın R.Baxışovaya ünvanladığı “Şəxsi həyatınızda nələrəsə göz yummusuz?” sualına müğənni müsbət cavab verərək məsələnin üstündən ehmalca keçib.

Qeyd edək ki, 1997-ci ildə “Sən öyrətdin” adlı mahnısı ilə hamının sevimlisinə çevrilən estradamızın sevilən müğənnisi Rahidə Baxışova 20 il öncə ailə həyatı qursa da, bu evliliyin ömrü qısa olub. Hazırda müğənninin 20 yaşında bir oğlu var.