Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elzadan nişanlı olan Sevdaya qəribə təklif: “Toy onlayn şəkildə olsun”

Elzadan nişanlı olan Sevdaya qəribə təklif: “Toy onlayn şəkildə olsun”

Verdiyi açıqlamaları ilə ağılları qarışdıran səhnəmizin ekstravaqant müğənnisi, Əməkdar artist Elza Seyidcahan sənət yoldaşı Sevda Yahyayevaya maraqlı təklif ünvanlayıb.

Oxu.Az xəbər verir ki, ATV telekanalıda yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçi Sevdaya toyunu karantin dövrünə salaraq, onlayn şəkildə keçirməyi təklif edib:

“İstərdim ki Sevda toyunu onlayn şəkildə keçirsin. Qonaqlar da hədiyyələrini, güllərini və toya salacaq pulu onlayn şəkildə versin. Beləcə Sevda Yahyayevanın toyu onlayn şəkildə keçdiyi üçün tarixə düşsün. Bu çox əla bir fikirdir. Ümid edirəm, Sevda mənim bu təklifimi müsbət dəyərləndirər”.

Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır. Cütlüyün nişanı mart ayında baş tutub.