Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

“Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu” Brilliant Dadaşova

“Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu” Brilliant Dadaşova

“Mənim göyçək, yaraşıqlı əmimoğlu - Rafael Dadaşov. Bizdən ayrılmağının 40 günü də tamam oldu. Gözümü açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm”.
 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum əmisioğlu, Xalq artisti və “Şöhrət” ordenli aktyor Rafael Dadaşov haqqında xatirələrini sosial media hesabında bölüşərkən yazıb.

B. Dadaşova aktyorun ölümü ilə ürəyinin parçalandığını bildirib:

“Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. 

Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.

Türkiyədən qayıdıb səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir.

Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu”.