Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram Nurlu ekstrasenslərin beynəlxalq yarışmasına qatılıb

Bayram Nurlu ekstrasenslərin beynəlxalq yarışmasına qatılıb

Azərbaycanın sərhədlərindən kənarda da özündən söz etdirməyi bacaran məşhur ekstrasens Bayram Nurlu ekstrasenslərin beynəlxalq yarışmasında iştirak edəcək. 
SHOWNEWS.AZ xəbər verir ki, Bayram Nurlu Azərbaycandan həmin yarışmayan dəvət alan yeganə ekstrasensdir. 
Rusiyada keçirilən beynəlxalq yarışmayada bir çox dünya ölkələrinin ən güclü ekstrasensləri dəvət alıb. Azərbaycanla yanaşı, Rusiya, İran, Gürcüstan, Hindistan, İsrail, Türkiyə, Özbəkistan, Almaniya, İsveç, Amerikadan və bir sıra ölkələrin öncəgörücüləri iştirak edəcək. 
Adıçəkilən yarışmada ekstrasenslər arasında gərgin yarışmalar keçiriləcək.  
Əldə etdiyimiz məlumata görə yarışmanın ilkin mərhələsi lentə alınıb. Lakin dünyanı ağusuna alan koronavirus pandemiyasına görə yarışma müəəyən vaxta təxirə alınıb. 
Bayram Nurlu hələ ki, bu haqda açıqlama vermək istəməyib. Bildiyimiz qədəri ilə bu cür yarışmalarda iştirakçılar konfidensiallığı qoruması üçün onlarla müqavilə imzalanır. Əks halda onlar ya pul, ya da yarışmadan kənarlaşdırılmaqla cəzalandırılır. 
Qeyd edək ki, "2018-ci ilin ən yaxşı ekstrasensi" titulunun sahibi olan Bayram Nurlu koronavirusdan öncə Türkiyənin Kanal D, TV 8, Show TV, Europe D, Uçabkuş TV kanallarında qonaq olub.