Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mirşahinin yeni telekanalının yayım vaxtı AÇIQLANDI

Mirşahinin yeni telekanalının yayım vaxtı AÇIQLANDI

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

SHOWNEWS.AZ xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov Apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real” TV-nin baş direktoru Mirşahin Ağayevdir.