Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

"Gəlin toydan 1 ay sonra cehizini yığıb Elzanın yanından köçüb"

"Gəlin toydan 1 ay sonra cehizini yığıb Elzanın yanından köçüb"

Əməkdar artist Elza Seyidcahanın gəlini ilə münasibətlərinin yaxşı olmadığı iddia edilib.

Axşam.az xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "5/5" verilişində deyib. O bildirib ki, gəlini Seyidcahanla eyni evdə yaşamaq istəməyib və ərə gəldikdən 1 ay sonra cehizini yığıb başqa evə gedib.

 

Onun sözlərini təsdiqləyən Elza "Oğlum və gəlinim kirayədə yaşayır. Oğlum ayrı qalmaq istədi, mən də razılaşdım. Tək yaşadığım üçün qızım ərə gedəndə kürəkənimi yanımda saxladım. O da mənim üçün oğuldur" sözlərini söyləyib. 

Müğənni gəlini Xəyalə ilə küsülü olması iddiasını isə yalanlayıb. İfaçı canlı yayımda Xəyaləyə zəng edərək, aralarında heç bir inciklik olmadığını sübut edib.