Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Oruc tuturam, ən böyük arzum isə Həccə getməkdir” - Əməli saleh Mina

“Oruc tuturam, ən böyük arzum isə Həccə getməkdir” - Əməli saleh Mina

"Ən böyük arzum Həcc ziyarətinə getməkdir".

SHOWNEWS.AZ-a özəl açıqlama verən müğənni Mina  ən böyük arzusunu dilə gətirib. O, həmçinin 11 ayın sultanı olan Ramazan ayında oruc tutduğunu da dilə gətirib:

"Oruc tutub, Allaha dualar edirəm. Allah mənə Həcc ziyarətini qismət etsin. Heç kəsə pislik etmirəm. Hamıya da məsləhət görürəm ki, Allaha dualar edib, ruhlarını təmiz saxlasınlar. Allahın yolundan azmayın. Şeytana uymayın".

Mina həmçinin sənəti üçün etdiyi fotosessiya və kliplərindən də danışıb:

"Müğənnilik sənəti çox maraqlı və çətindir  işim şou ilə dolu olmalıdır. Bu baxımdan sənətim üçün maraqlı layihələr edirəm. Əslində əməllərim salehdir. Həyatda tam fərqli olduğumu dostlarım bilir".

Müğənni hər kəsdən yazılan şərhlərə diqqət etməyi və ürək qırmamağı məsləhət görüb.