Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Modelləri qısqandıran aktrisa Aygün Güldən YENİ FOTOSESSİYA

Modelləri qısqandıran aktrisa Aygün Güldən YENİ FOTOSESSİYA

Gözəlliyi, şux qaməti, hündür boyu və ideal bədən quruluşu ilə bir çox modellərimizi qısqandırmağı bacaran aktrisa Aygün Gül yeni fotosessiya  etdirib. 
SHOWNEWS.AZ xəbər verir ki, yalnız sənəti, çəkildiyi filmlər,  seriallardakı rolları ilə gündəmə gəlməyi sevən aktrisa pandemiya dövründən sonra yeni layihəsi ilə ekranlara çıxacaq. 
Formada qalmaq üçün özünə qadağalar qoyan Aygün artıq çəki almamaq üçün xüsusi pəhriz saxladığını, axşamlar yalnız su içdiyini, həftənin 4-5 gününü idman zallarında keçirdiyini bildirib. 
Aktrisa onu da əlavə edib ki, bir çox tanışı koronavirusa görə daha passiv həyat yaşadığından artıq çəki alsa da, o, idmanını hər gün bir neçə saat evdə davam etdirdiyindən hətta arıqlamağı da bacarıb. 
Yeni fotosessiya etdirən Aygün Gül şəkil çəkdirməyi hədsiz sevdiyini də əlavə edib. 
Qeyd edək ki, "Xəzər" telekanalında aparıcılıq edən Aygün, bir neçə serialda da rol alıb. Onun ən səs-küylü rolu "Buğlama" serialındakı "Culyeta" obrazı olub.