Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxs tapıldı

Zeynəb Xanlarovanın ölüm xəbərini yayan şəxs tapıldı Sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarovanın vəfat etməsi ilə bağlı məlumatlar yayılıb. Onun xəstəlikdən dünyasını dəyişdiyi iddia olunub. Z.Xanlarovanın oğlu, eləcə də qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova yayılan məlumatların dezinformasiya olduğunu bildiriblər. SHOWNEWS.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, Mehriban Xanlarova ölüm xəbərini yayan şəxsin adını açıqlayıb. "Zeynəb Xanlarova haqqında təbliğat xarakterli ölüm xəbərini yayan, xaricdə yaşayan siyasi bloger Orxan Ağayevdir", deyə, o, sosial şəbəkədə yazıb . Mehriban Xanlarova məlumatı yayan blogeri hədələyib: "Buradan üzümü tutub ona demək istəyirəm ki, xaricdə oturub arvad kimi qeybət edərək, artıq-əskik danışmağı özünə kişilik bilmə. Cəsarətin çatırsa, gəl Bakıya. Mən səninlə təkbətək görüşməyə hazıram. Onda bilərik, ASLAN kimdi, ÇAQQAL kimdi... BUYUR, SƏNİ GÖZLƏYİRƏM BAKIDA..."