Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İkinci ərindən xəyanətə görə boşandığını açıqladı

İkinci ərindən xəyanətə görə boşandığını açıqladı

“İkinci həyat yoldaşım, oğlum Ayazın atası dövlət işində çalışırdı. Hələ də onunla görüşürük, sağdır, 82 yaşı var. O, mənə xəyanət etdiyi üçün boşandıq. Mən də bağışlamadım”.

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri “Elgizlə izlə” proqramında Əməkdar artist Kübra Əliyeva deyib. O bildirib ki, həyat yoldaşının xəyanətini ona həmin qadın söyləyib:

“Mənim yanıma gəlib hər şeyi danışdı. On dörd yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım.  Mən heç vaxt onun pulu sevmədim. Bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib və sair. Sumqayıtdakı evimi çox qonşulu yerə dəyişdim. Öz əziyyətimlə düzəltdim, onun 1 qəpiyində də gözüm yox idi. Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim. Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür. O  vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istədi. İnanın mən öz imkanlarıma dolanırdım, ondan heç nə istəmirdim”.