Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Niyə bu cəmiyyətdə bu qədər kişi, ər düşkünü qadınlar var” - QALMAQAL ALOVLANIR

“Niyə bu cəmiyyətdə bu  qədər kişi, ər düşkünü qadınlar var” - QALMAQAL ALOVLANIR

Tanınmış bloger Nagehan Abdullayeva Əməkdar artist Elza Seyidcahana son açıqlamasına görə irad bildirib.

OLAY yazır ki, Nagehan Seyidcahanın “Qadının borcudur ki, ərinin xəyanətini bağışlasın” açıqlamasını paylaşaraq onu tənqid edib. Bloger sənətçinin fikirləri ilə qəti şəkildə razılaşmayıb:

“Çox ayıb olsun. Bir qadın necə bu cümləni qura bilər? Niyə bu cəmiyyətdə bu  qədər kişi, ər düşkünü qadınlar var. Təki kişi olsun, nə istəyir etsin. Bu qədərmi zəifik biz?! İndiki zamanda kişidən yaxşı qazanan, çox işləyən , gözəl maşın sürən, bacarıqlı xanımlar var. Hansı ki, onlar tək ailəyə baxırlar. Kişinin borcudur ki, xanımına sədaqətli olsun, hörmət etsin. Çünki kimsə onun həyatını paylaşdığı xanımdan üstün deyil”.

Qeyd edək ki, bir müddət əvvəl də iki məşhur arasında qalmaqal yaşanıb.  E. Seyidcahan “Elgizlə izlə” proqramında qonaq olarkən Nagehan və Fəridin ikinci övladlarının dünyaya gəlməsi ilə bağlı süjet yayımlanıb. O, Fəridin Nagehana dəstək olmaq üçün doğum otağına girməsinə “Gizli nə qaldı ki? Abır-həya əldən getdi”,- deyə reaksiya verib. Lakin onlar daha sonra mağazalardan birində rastlaşıblar və  birgə fotolarını paylaşıblar.