Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Məni susdura bilməyəcəksiniz” - Brilliant Dadaşova

“Məni susdura bilməyəcəksiniz” - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova dünya ulduzu Madonnanı tənqid etməsi haqda söz-söhbətə münasibət bildirib. 

SHOWNEWS.AZ xəbər verir ki, müğənni bu haqda "Söhbət musiqidən gedir" verilişində deyib. O bildirib ki, Madonnanı ifaçı hesab etmir:

"Madonnanı bəyənmirəm yox, onu oxuyan hesab etmirəm. O, müğənni deyil. Rəşid Behbudov, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Səid Rüstəmov, Üzeyir Hacıbəyov, Müslim Maqomayevin nəslindən olan insan necə Madonnaya müğənni deyər? Demərəm... Onlarda da Selin Dion, Uitni Hyuston kimi sənətkarlar var idi. Arxamızda, kökümüzdə olan insanları bilir, qəbul ediriksə, kimin nəslindən olduğumuzu bilməliyik. Ağzıkəsərli musiqiçilərimiz yoxdur, danışa bilmirlər. Təkbaşına çıxmışam... Eybi yox, şər atın, məni susdura bilməyəcəksiniz. Öyrəşmişəm bunlara.

Deyirlər, sənə lazımdır, sonra başlayırlar şər atmağa. Deyirəm ki, musiqi tənqidçilərimiz varsa, "bizim muğamdan başqa musiqimiz yoxdur" deyən ziyalını susdurmaq lazımdır. İnistitut bitirir, özlərini ziyalı hesab edirlər. Onların biliyi olur. O demək deyil ki, ağlı var və xalqının yaradıcılığına can yandırır. Bəxti gətirib diplomu və təhsili var".