Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elnarə Abdullayeva onu təhqir edən musiqiçini POLİSƏ VERDİ

Elnarə Abdullayeva onu təhqir edən musiqiçini POLİSƏ VERDİ

Əməkdar artist Elnarə Abdullayeva bir musiqiçi ilə qalmaqal yaşayıb.

Axşam.az xəbər verir ki, xanəndə bu haqda "Zaurla Günaydın" proqramında deyib. O bildirib ki, təhqir yazan musiqiçini polisə şikayət edib:

 

"Heç kimlə işim yoxdur, ad çəkmərəm. Qəribə insanlar var... Bu yaxınlarda bir musiqiçini 102-yə zəng edib şikayət etdim. Deyəsən nağaraçalandır. Özünü tanımıram, o da məni tanımır. Sosial şəbəkədə barəmdə xoşagəlməz sözlər və söyüş yazmışdı. Özüm yox, uşaqlar görüb. Mənə tərif yazmışdılar, bu da başlayıb onlara cavab verməyə. Həmin rəyləri oxuyub, çox güldüm, öz-özümə dedim ki, sən məni harada görmüsən axı? Söyüş yazmışdı. 

Çox musiqiçi tanımıram. Hamı bilir ki, mən heç kimin yanında qadın müğənni kimi toya getməmişəm. Hər zaman tək getmişəm. Gedənlərə də pis baxmıram. Restoran ifaçısı olmamışam. Taleyimdə və həyatımda səhvlərim olmayıb. Yəni heç kim mənə deyə bilməz ki, buradan durub, başqa yerdə oturmusan. Hamı özünü tərifləyə bilər. Məni el-oba, sinif yoldaşlarım, ətrafım yaxşı tanıyır. Həmin musiqiçi ilə heç vaxt toya getməmişəm, onu tanımıram.

Musiqiçilərə də hörmətlə yanaşmışam. İndi həmin musiqiçinin işini Yasamal polisi həll edəcək. Müəyyən söhbətlər var, qanunla həll olunacaq. Özüm də bu məsələni həll edərdim, sadəcə, qanunlarımız var. Niyə özümə əziyyət verim ki... O insan məndən üzr istəsə də, bağışlamayacağam".