Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb” - Brilliant Dadaşova

“Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb” - Brilliant Dadaşova

Xalq artisti Brilliant Dadaşova mahnısı ilə Türkiyə gündəmini zəbt edən Sezen Aksu haqda şərh verib. 

OLAY yazır ki, o, Aksunun 2017-ci ildə musiqiçi Yaşar Gaga ilə çıxardığı  “Şahane bir şey yaşamak” mahnısındakı “salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə etiraz edənlərə qarşı çıxıb. 

Dadaşova instaqramda rəy yazaraq qınaqların mənasız olduğu ifadə edilib:

“Bütün dinlərdə Adəm və Həvva haqqında yazılar var. Üstəgəl, Adəm və Həvvanın yaşadığı dövrdə yer üzündə heç bir din olmayıb. Bəlkə buna görə onları cahil adlandırıb? Bəlkə də cənnətdən qovulduğuna görə? Bəlkə Həvva nəfsinə hakim ola bilməyib, Allahın əmrindən çıxıb almanı dərib yediyinə görə? Sən demə, 21-ci əsrdə belə şeyləri dərk etməyənlər var”.