Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Uşaqlar Mətanət İsgəndərlinin oğlundan alındı - CANANA QALİB GƏLDİ

Uşaqlar Mətanət İsgəndərlinin oğlundan alındı - CANANA QALİB GƏLDİ

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana arasındakı apellyasiya məhkəməsi bu gün baş tutub.

Axşam.az-a açıqlama verən Canana 3 övladının qəyyumluğunu aldığını bildirib.

 

"Çox həyəcanlıyam, ədalətli qərar verildi. Övladlarımın üçünü də mənə verdilər. Vəkilimə də, hakimə də təşəkkür edirəm. Bilmirəm bundan sonra məni növbəti məhkəməyə verəcəklər, ya yox. Sona qədər gedəcəm. Uşaqlarım məndədir, çox sevinirəm. Uşaqlarımı heç kimə verməyəcəm. Qarşı tərəfin vəkili burada idi. Yəqin onlara xəbər verəcək" deyə, o, söyləyib.

Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.