Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

ARB TV-nin aparıcısı məcburi COVİD 19 testi verdi CAVAB NEQATİV ÇIXDI

ARB TV-nin aparıcısı məcburi COVİD 19 testi verdi CAVAB NEQATİV ÇIXDI

ARB telekanalında "Show News" verilişinin aparıcısı İsa Şükürov sosial şəbəkədə koronavirusdan test verdiyini açıqlayıb. O, cavabın neqativ çıxdığını sevinclə bildirib. 
SHOWNEWS.AZ-a açıqlama verən telejurnalist bildirib ki, bu testi məcburi verməli olub:

"iyulun 7-nə İstanbula bilet aldım. Hava limanında isə COVİD 19-dan test olmadan heç kəs buraxılmır. Düzü, həyəcanlı idim. Adamın ağlına min cür fikir gəlir. Şükür ki, cavab neqativ çıxdı. İnşallah, orda da özümüzü qoruya bilərik".

Qeyd edək ki, ARB TV-də bütün layihələr məzuniyyətə çıxdığından aparıcı tətilini Türkiyədə keçirmək qərarına gəlib.