Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Afaq Bəşirqızı Elgizlə qalmaqallı telefon danışığından SÖZ AÇDI

Afaq Bəşirqızı Elgizlə qalmaqallı telefon danışığından SÖZ AÇDI

“Mən atasız-anasız böyümüşəm. Qoca bir nənənin himayəsində böyümüşəm. Mən həmişə həyatda özüm-özümü müdafiə etmişəm. Və mən elə bir ailənin, elə bir kişinin qızıyam ki, mən heç vaxt efirə zəng edib söyüş söymərəm. Heç vaxt. Yeri gələndə elə söyürəm ki... Özü də heç vaxt qadın söyüşü söymürəm”. 

“Qafqazinfo” bildirir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan “Popumuz var” verilişində qonaq olarkən deyib. O bir müddət əvvəl ARB TV-nin efirində söyüş söyməsi ilə bağlı iddialara belə cavab verib: 

“Mən həmişə aktyorları müdafiə etmişəm. İnsanları da, aktyorları da. Və mən demişdim, aktyorlara dəyməyin, onları tənqid etməyin, ələ salmayın, incitməyin. Mən o aktrisanın adını etika naminə çəkməyəcəm. Və onu elə bir vəziyyətə gətirib saldılar ki, bunun əqli cəhətdən problemi bilindi. Bu aktrisa üç minə yaxın maaş alır - Prezident təqaüdü, maaşı, əmək pensiyası, Xalq artistinə görə aldığı 150 manat. Və bu deyəndə ki, çörək mağazasına borcluyam... Biz aldığımız bütün ödəmələri ilk gündən kartla alırıq. Artıq onun belə gedib onlardan nə isə istəməyi... Və mən çox əsəbiləşdim. Mənim televizorumda reklam getdi. Mənim ərkim çatır. Mənim 18, 22, 25 yaşım yoxdur, mənim 65 yaşım var. Mən bir böyük kimi zəng etdim, həqiqətən də buna öz iradımı bildirdim, özü də pis bildirdim. Elgiz də (aparıcı Elgiz Əkbər –red.) mənə deyir ki, canlı yayımdayıq. O dəqiqə mən söhbətimi bildirdim, Şəfiqə xanımla (vəkil Şəfiqə Nağıyeva -red.) danışdım, qurtardı getdi. Efirdən sonra dedim ki, Elgiz, qurban gözlərinə, mən başa düşə bilmədim, məndə reklam gedirdi, mən də bu süjeti gördüm, bildim ki, bu sənin tərbiyənə uyğun bir şey deyil. Mən onu danladım, keçdi getdi. 

 

ARB-də o səs heç bir studiyada eşidilməmişdi. Orada nə qədər adam var idi – Şəfiqə xanım, Respublikanın Xalq artisti Nübar xanım (Nübar Novruzova – red.), Elgiz var idi. Elgiz birinci gündən dedi ki, Afaq xanım, bu, studiyada bilinmədi və Afaq xanım doğrudan da düzünə əsəbiləşmişdi. Bir nəfər tərəfindən deyilmişdi ki, mənim pula ehtiyacım var, belə bir şey olub, o səs yazısı ancaq məndədir. Almışdılar, satmışdı. Bacısının böyrək məsələsi üzə çıxdı və s. Gətirdilər mənim qabağıma düzdülər onları. Apar bunları ver məhkəməyə, tutdur. Mən bunu edərəm? Bu, qurulma bir şey idi”.