Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elnarə Abdullayeva polis bölməsinə aparılması xəbərindən DANIŞDI

Elnarə Abdullayeva polis bölməsinə aparılması xəbərindən DANIŞDI

 

Elnarə Abdullayeva gündəmi ələ alan xəbərindən danışıb.
"Polis tərəfindən saxlanılmamışam, narahat olmayın".
  Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib.   O deyib ki, "Xəzər TV"nin çəkilişi zamanı anlaşılmazlıq olub: "Mən saxlanılmamışam, televiziyanın çəkilişi zamanı olub, anlaşılmazlıq olub və aradan qalxıb. Mənlik bir şey yoxdur, narahat olmayın".   Qeyd edək ki, bu gün bəzi KİV-lər Əməkdar artist, muğam ustası Elnarə Abdullayeva karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldığını yazıb. Məlumata görə, hadisə Bakı-Şamaxı yolundakı Pirəkəşkül postunda baş verib. Belə ki, əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.