Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

“Qız da bilir ki, Samir mənim həyatımdadır” - Təranə Səmədova

“Qız da bilir ki, Samir mənim həyatımdadır” - Təranə Səmədova

"Bu zəmanədə heç kimə inanmayın, güvənməyin. "Heç zaman" dedikləriniz belə sizi aldadar, arxadan vurar".

Axşam.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkədə yazıb. Sevgilisi ilə bağlı paylaşım edən prodüser bunları əlavə edib:

 

"Arxamca həbsxana qapılarına qədər gələn bu oğlan yeni bir qızla tanış olub. Səhifəsini izləyir, fotolarını bəyənir. Dünənə qədər xalası qızının Qarabağ qazisi olan yoldaşına yardım üçün paylaşımlar edirdim. Ağız açmadığım adam qalmadı. Bu da təşəkkürü və hörməti. Etdiyim bütün fədakarlıqların cavabı. 

Qız da bilir ki, Samir mənim həyatımdadır, ona yazır. Əsas günah Samirdədir, amma xanım da xanıma hörmət etməlidir".