Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

"Belə getsə, kişilərimizi itirəcəyik" Çingiz.Mustafayev

"Belə getsə, kişilərimizi itirəcəyik" Çingiz.Mustafayev

"Studiyanı evimə gətirmişəm. İşləyirəm, mahnılar yazıram, bəstələyirəm. İdman edirəm, daim üzərimdə çalışıram. Mənzərəni çox sevirəm, ona görə də bura köçmüşəm".

SHOWNEWS.AZ  xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev ARB TV-yə açıqlamasında deyib. Sənətçi karantin boyunca dincəlmədiyini, çalışdığını deyib. 

Çingiz bir müddət əvvəl kişilər və qadınlar haqda verdiyi açıqlamaya aydınlıq gətirib:

"Qadınlar gündə beş dəfə bəzi yerlərini çəkib göstərirlər. Bu, adiləşməyə doğru gedir. İstəmirəm... Belə getsə, kişilərimizi də itirəcəyik. Baxırsan cavan qadın canlı yayım açıb, söyüş söyür, siqaret çəkir. Bir oğlan bütün günü "Tik-tok"da kamera qoyub, göz süzdürür, dodaq dişləyir. Bu kişi bunu niyə edir? Kişilər niyə əzilib-büzülür? Neçə ildir səhnədəyəm, heç vaxt kamera açıb əzilib-büzülməmişəm. Kişinin bu cür etməsi estetik görünmür. 

Cəmiyyətimizdə, mədəniyyətimizdə çatışmayan dəyərlərdən bəhs etmişəm. Dekolte geyinib restorana getmək olar. Amma dekolte geyinib, yarım kiloqram makiyaj edib fitnesə və çimərliyə getmək normal deyil. İstəmirəm qadınlarımız dəyərdən düşsün və kişilər metroseksual olsun. Metroseksual o deməkdir ki, bütün günü baş darayıb, qaş qırxıb, özünə aşırı baxsın. Dəyərimizi bilək, özümüzü satmayaq.

Qadınlara deyirəm ki, təhsil alın, öz ayaqlarınızın üstündə durun. Şiddət görəndə ayağınız üstündə durmağı bacarasınız".