Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyalı kişi reper “İLİN QADINI” SEÇİLDİ - QALMAQAL DÜŞDÜ

Rusiyalı kişi reper “İLİN QADINI” SEÇİLDİ - QALMAQAL DÜŞDÜ

Ötən gün Rusiyanın paytaxtı Moskvada ənənəvi olaraq "Moda Topical" jurnalı mükafatlandırma mərasimini  həyata keçirib. 
SHOWNEWS.AZ xəbər verir ki, tədbir qalmaqalsız ötüşməyib. Belə ki, hər kəsin səbrsizliklə gözlədiyi "İlin qadını" nominasiyasını qalmaqallı kişi reper Morgenşteyn qazanıb. 
O, mükafatı almaq üçün qadın obrazında tədbirə qatılıb. Reperin bu görünüşü zaldakıları təəccübləndirib. 
Bu hadisəyə ən sərt reaksiyanı isə digər nominant Kseniya Borodina birbaşa səhnədən mikrofonla dilə gətirib:

"Mən Morgenşteynin ilin qadını olduğu dünyada olmaq istəmirəm. Görün qadınlarımız nə hala düşüb".

Morgenşteyn isə əlində mükafatı qaldıraraq Kseniyaya acıq verib:

"Gör mükafat kimdədir?!".

Xəbər isə ən çox sosial şəbəkələrdə müzakirə olunub. Heç vaxt orientasiyası ilə şübhə doğurmayan kişi reperin niyə bu hala düşmısi xeyli müzakirə olunub.