Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Başqasının ərindən ər olmaz..." Rəqsanə

"Başqasının ərindən ər olmaz..." Rəqsanə

Müğənni Rəqsanə İsmayılova sosial medaidakı paylaşımı ilə diqqət çəkib. 

BiG.AZ xəbər verir ki, Rəqsanə instaqram hesabında həyat yoldaşı Fazil ilə birlikdə yemək bişirərkən görüntülərini paylaşıb. Onun videoya yazdığı sözlər diqqətdən yayınmayıb. Belə ki, o: 

"Atalar yaxşı deyib "ər ilə arvadın xəmiri bir yerdə yoğrulub". Əzizlərim, bəzi qadınlar var ki, başqasının bədbəxtçiliyinə razı olub özünə xoşbəxtlik qurmağa çalışır. Amma etməyin belə. Olmaz, günahdır. Heç bir qadının göz yaşı olan yerdə xoşbəxt olmmaq olmaz. Başqasının olan başqasınındır. Gec-tez gedəcək onun üçün dəyməz. Nəyiniz varsa özünüzün olsun. Kiminsə ərindən ər olmaz. Allah elə o əri öz ailəsi ilə xoşbəxt etsin. Bütün qadınlar xoşbəxt olmağa layiqdir. Ürəyimdən keçənləri yazdım səmimi fikirlərimdir. Bir yuvanı qurmaq çox çətindir, dağıtmaq isə asan. İndi dəb halına çevrilib başqasının həyat yoldaşını özünkü kimi təqdim etmək. Bəsdirin, yığışdırın bunları" sözlərini yazıb.