Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şou biznesin iki küsülü məşhuru barışdı - "Düşmənlər çatlasın"

Şou biznesin iki küsülü məşhuru barışdı - "Düşmənlər çatlasın" Şou biznesin 2 küsülü məşhuru olan rəqqasə Fatimə Fətəliyeva ilə stilist Anar Ağakişiyev barışıblar. SHOWNEWS.AZ xəbər verir ki, bu barədə rəqqasə Fatimə Fətəliyeva özünün "Instagram" hesabında paylaşım edib. O, stilist ilə birgə çəkilən şəklini paylaşaraq, aşağıdakı sözləri yazıb: “Anar, bilirəm ki, sənin də ürəyin mənim ürəyim kimidir – ürəyimiz qızıldır. Düşmənlər çatlasın, biz barışdıq. İşinin peşəkarı olan dostum, səndən yoxdur, tayın-bərabərin olmayacaq”. Xatırladaq ki, Anar verilişlərin birində Fatiməni geyimlərinə görə tənqid etmiş, onu “zövqsüz” adlandırmışdı. Fatimənin bu sözlərə isə cavabı gecikməmişdi. O, “Kimsən ki, məni zövqsüz adlandırırsan? Sən Yudaşkin ola bilməzsən, zövqdən danışmağa haqqın yoxdur. Pula satılmayın”, - deyə stilistə etirazını bildirmişdi.