Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kənan çəkdiyi komediya filmlərinə görə utanmalıdır" - Pərvin

"Kənan çəkdiyi komediya filmlərinə görə utanmalıdır" - Pərvin

Aktrisa Pərvin Abıyeva rol aldığı "Gecə qonağı 1" filmini tənqid edib.

Axşam.az xəbər verir ki, sənətçi rejissor Kənan M.M. tərəfində lentə alınan ekran işinin keyfiyyətini bəyənməyib.

Pərvin aparıcı Afaq Gəncəlinin "Çəkildiyin filmlər içində özünə yaxın bildiyin obraz hansı olub" sualına "Obraz olaraq "Gecə qonağı 1"də daha gözəl hiss edirdim. Amma çəkiliş o deyildi. Sssenari, hekayə yaxşı idi. İlqar Fəhminin əsəri idi. Kənan inciməsin, özünü də demişəm. Çəkilişi o deyildi. Bəyənmədim" cavabını verib. 

Pərvin daha sonra "Kənan M.M. bunlardan hansını deyib: çəkdiyim komediya filmlərindən yaxşı qazanıram, gülürəm, utanıram" sözünə "Utanıram... Utanmalıdır" reaksiyasını verib.