Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Castin Biber insult keçirtdi - ÜZÜ İFLİC OLDU

Castin Biber insult keçirtdi - ÜZÜ İFLİC OLDU

Dünya şöhrətli 28 yaşlı kanadalı müğənni Castin Biberin üzü iflic olub. O,  "Hunter" sindromu (Herpes zoster virusunun səbəb olduğu periferik tip üz iflici) səbəbi ilə insult keçirib.

Sənətçi bu barədə məlumatı sosial şəbəkədə video paylaşaraq verib.

Biber üzünün sağ nahiyəsində sinirlərin fəaliyyətinin dayandığını və artıq müalicəyə başladığını bildirib. Görüntülərdə mimikalarını göstərən müğənni üzünün sağ tərəfini hərəkət etdirə bilmədiyini nümayiş etdirib.

O, bu səbəbdən konsertlərini də təxirə saldığını qeyd edib.

Qeyd edək ki, müğənninin həyat yoldaşı Heyli Biber də mikroinsult keçirdiyi üçün ürəyindən əməliyyat olunub.