Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Hay-hayım gedib, vay-vayım qalıb. bundan sonra nə evlilik" - Faiq Ağayev

“Hay-hayım gedib, vay-vayım qalıb. bundan sonra nə evlilik" - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev evlənməməyinin səbəbini açıqlayıb.

SHOWNEWS.AZ xəbər verir ki, sənətçi bu haqda "Sözbaz" proqramında danışıb.

Bu haqda suala Ağayev "Sevgi hər zaman ailəyə gətirmir. Elə sevgi var ki, səni dəli edir, gözünü bağlayır, ailə nədir, özünü yaddan çıxarırsan. Bu sənətdə olmasaydım, ailə tez olacaqdı. Yaxşı ki, bu sənətdəyəm. Ailəcanlıyam. Hay-hayım gedib, vay-vayım qalıb. 50 yaşım var, bundan sonra nə evlilik" cavabını verib.

Qeyd edək ki, F.Ağayev bir dəfə evli olub. Nigar adlı xanımla ailəli olan Ağayev cəmi 2 il evli qalıb.