Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Gələn ay Burak Özçivit Bakıya gələcək

Gələn ay Burak Özçivit Bakıya gələcək

Türkiyənin məşhur aktyoru Burak Özçivit Azərbaycana gələcək.

Bu barədə təşkilatçı Kürşad Şahin məlumat veirb. O, Burakla Bakı səfərindən əvvəl “Kuruluş Osman” serialının çəkiliş meydançasında görüşdüyünü qeyd edib.

Bildirilib ki, Burak iyulun 2-də Bakıda təşkil olunacaq Kikboksinq turnirində iştirak edəcək. Tədbirdə onunla bərabər Avropa çempionu Zabit Səmədov da yer alacaq.

Qeyd edək ki, “Qarabağ Zəfər gecəsi” adlı tədbir Sərhədçi idman Olimpiya mərkəzində baş tutacaq. Azərbaycanlı və türkiyəli idmançılar xarici kikboksçulara qarşı döyüşəcək.