Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Eyni çantadan məndə də var, Cenifer Lopezdə də” - Gülay Zeynallı - VİDEO

“Eyni çantadan məndə də var, Cenifer Lopezdə də” - Gülay Zeynallı - VİDEO

"Qarderobumda elə köynəklər var ki, qiyməti 12 və 20 manatdır. İmkanım çatan geyimi alıram".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi yerli məşhurların dünya ulduzlarını təqlid etməsinə sərt şəkildə reaksiya bildirib: "Nəinki biz, dünya ulduzları da bir-birindən götürür. Bir tanınmış markanın çantasını mən də daşıyıram, dünya ulduzu Cennifer Lopez də. Bunu niyə söz edib, çıxartmırlar ortalığa? Bu həyat gör-götür dünyasıdır. Kimsə kiməsə baxıb nələrsə götürür. Oxşarlıq ola bilər. Burada problemli bir şey yoxdur".  

Şou-biznesdəki dostluqlardan söz açan G.Zeynallı "daşı atıb, başını tutub". Müğənni həmkarları arasında dostluqları heçə sayıb, heç kimə güvənmədiyini dilə gətirib:

"Son zamanlar elə şeylər gördüm ki, nəinki şou əhlinə, heç kimə bel bağlamaq olmaz. Yalnız gərək özünə, ailənə, övladına, anana güvənəsən".