Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nəsrin Cavadzadə “Mugham” brendinin reklam çəkilişi üçün ŞUŞADA SƏFƏRDƏDİR

Nəsrin Cavadzadə “Mugham” brendinin reklam çəkilişi üçün ŞUŞADA SƏFƏRDƏDİR

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Şuşaya səfər edib.  Məlumata görə, sənətçi "Mugham" brendinə məxsus "Karabakh Bouquet - 1752" ətrinin video çarxında çəkilir.   

Şuşa şəhərinin təməlinin qoyulduğu ilin şərəfinə adlandırılan "Karabakh Bouquet -1752" ətrinin çəkilişləri elə bu səbəbdən Şuşada aparılır.    

Qeyd edək ki, 6 yaşından Türkiyəyə köçən aktrisa Nəsrin Cavadzadə ilk dəfədir ki, Azərbaycana reklam çəkilişi ilə bağlı gəlib.  

"Yersiz yurdsuz", "Kiçik ağa", "Yasak alma", "Üç kuruş" kimi məşhur seriallarda iştirak edən sənətçi "Quzu" filmindəki roluna görə Antalya Qızıl Portağal Film Festivalının "Ən Yaxşı Qadın aktrisa" mükafatına layiq görülüb.  

Xatırladaq ki, bu günlərdə İtaliyanın Milan şəhərində keçirilən “Esxence” beynəlxalq sərgisində təqdim olunan Fransa əmtəə nişanlı "Mugham" parfümün “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.