Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Əlimi nəyə qoyuramsa, onu alır” - Şəbnəm Həcisindən danışdı

“Əlimi nəyə qoyuramsa, onu alır” - Şəbnəm Həcisindən danışdı

“Əlimi nəyə qoyuramsa, həyat yoldaşım onu alır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Maqazin plyus”a müsahibəsində deyib. 

“Qəlbim onu çox sevir. Həyat yoldaşım deyir ki, xoşbəxt olmayan, solğun, bitkin qadının gözünün altı hər zaman çökək və qara olar. 

O qadının gözü hər zaman ağlayar. Baxın görün mənim görünüşümdə, üz cizgilərimdə, davranışımda, simamda bir kədərlik varmı?! Yoxdur. Xoşbəxt qadının gözləri hər zaman gülər”. 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk evliliyindən bir Günel adlı qızı var. Daha sonra boşanan sənətçi Həci adlı şəxslə ailə qurub. Cütlüyün isə bu nikahdan Əli adlı oğlan övladı var.