Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəhidimizin sevgilisinə yazdığı məktubun sözlərini RÖYA ƏBƏDİLƏŞDİRDİ

Şəhidimizin sevgilisinə yazdığı məktubun sözlərini RÖYA ƏBƏDİLƏŞDİRDİ Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.    SHOWNEWS.AZ xəbər verir ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli məktubdakı sözlərə musiqi bəstələyib.   Mahnının adı “Yada düşürsən” adlanır.  Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə itafən yazılan sözləri qiraət edib.    R. Ayxan studiyada mahnını oxuduğu anları instaqramda paylaşıb.     “Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”,- deyə, sənətçi bildirib.   Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.