Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Az ömründə iz qoyan sərhədçim” - Vüsalə Əlizadə

“Az ömründə iz qoyan sərhədçim” - Vüsalə Əlizadə

Aparıcı Vüsalə Əlizadə növbəti dəfə mərhum qardaşı Əlihüseyn Əlizadə haqda paylaşım edib. 

O, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramında DSX-nin  zabiti olan qardaşının məzarına baş çəkib. 

“Vətən sərhədində can qoyan, canımdan can qoparan, torpaqda qocalanım… Hər peşə bayramında “Qaqaşın medalı gəldi” yazırdın…Bir-birimizə qarışırdıq, votsap qrupumuz da sən gedəndən bağlı qalıb, heç birimiz ürək edib nəsə yazmırıq, danışmırıq, dadı-duzu sənlə getdi… O qədər xoşbəxt olurdun ki, bu təqdimatdan, bu uğuruna səndən çox qürurlanırdım, sevinirdim, fəxr edirdim…

Günlərlə səndən xəbər gözləyə-gözləyə gecələri sabah edirdik anamla… Bir zəngin, bir “Gəldim,narahat olmayın” sözün dualarımızı Allahın eşitdiyi, bizə rəhm etdiyi sevincini verirdi… İlk dəfə eşitmədi Allahım dualarımızı qəbul etmədi, çünki olan olmuşdu… Sən bu haqq ədalət olmayan, çirkab dünyada verilmiş qısa ömründə vəzifəni çox gözəl yerinə yetirmişdin, ora buradan çox lazım olmusan demək ki… Nəinki ölkənin 4 bir sərhədi hətta çox uzaqlarda belə səndən, sənin gücündən, cəsurluğundan danışılır… Mən necə fəxr etməyim ki, sənin bacınam, göz dağım… Az ömründə iz qoyan sərhədçim, bayramın mübarək”, - deyə, Vüsalə bildirib. 

Qeyd edək ki, aparıcının qardaşı avtomobil qəzasında dünyasını dəyişib.