Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hadisənin həyat yoldaşından ayrıldığı deyilir… - ÜZÜYÜNÜ DƏ TAXMIR

Hadisənin həyat yoldaşından ayrıldığı deyilir… - ÜZÜYÜNÜ DƏ TAXMIR

Müğənni Hadisə və Mehmet Dinçerlerin evliliyində sıxıntılar yaşandığı iddia edilib.

 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ötən aylarda gizli şəkildə nikah masasına oturan Hadisə ilə Mehmet Dinçerlərin evliliyində sıxıntılar yaşandığı iddia edilib. 

Hadisənin konsertdə ağlaması və əri Mehmet Dinçerlərin ad günündə paylaşım etməməsi sıxıntılarla bağlı iddiaları daha da gücləndirib.

 

Son zamanlar birlikdə görünməyən Hadisə ilə Mehmet Dinçerlərin ayrılmaq qərarına gəldiyi iddia edilib.

 

Hadisə evləndikdən sonra bütün konsertlərində Mehmet Dinçerlərin evlilik təklifi zamanı hədiyyə etdiyi 3 milyon TL-lik brilliant üzüyü həmişə taxıb, lakin məşhur pop müğənnisinin son iki konsertində üzüyü taxmaması çaşqınlıq yaradıb.