Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycana dəstək olmayan Rusiyada yaşayan tanınmışları YIXIB SÜRÜDÜ

Azərbaycana dəstək olmayan Rusiyada yaşayan tanınmışları YIXIB SÜRÜDÜ

Müğənni Ləman Rusiyada yaşayan və milyonlarla izləyicisi olan azərbaycanlı tanınmışları  bu çətin günlərdə Azərbaycana dəstək olmadıqları üçün sərt tənqid edib.

Bu haqda sənətçi sosial şəbəkə hesabında paylaşım edib:

"Şəhid xəbəri hər kəs kimi məni də üzür. Amma deyəsən bəziləri vətəndan uzaq yaşamaqla, təkcə vətəndən uzaqlaşmayıb, həm də yadlaşıb. 

Sözüm Rusiyada yaşayan azərbaycanlı məşhurlaradır! Siz Azərbaycanın 71 şəhid vermə xəbərini oxumadınız?    Sizi milyonlarla, yüz minlərlə xarici vətəndaşlar izləyir. Biz səngərdə müharibə apardığımız kimi, informasiya mühitində də müharibə aparırıq. Bütün dünya sanki əlbir olub bizə qarşı gəldiyi ərəfədə informasiya müharibəsində niyə vətənimizə dəstəyinizi nümayiş etdirməyə qorxursunuz? Bu ki, səngər deyil əlinizə silah alıb döyüşə getməkdən qorxasız. Sadəcə sosial şəbəkədə milyonlarla insana Azərbaycanın haqq səsini çatdırmaq üçün yalnız düzgün informasiyanı paylaşmaq lazımdır.   
Nəyi gözləyirsiz? Bütün torpaqlar alınandan sonra gedib orada konsert verib pul qazanmağı?".  

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi daha 6 şəhidin adı açıqlanıb və ümumilikdə şəhid sayı 77 olub.