Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aysunun tədbirdə üzük taxmaması diqqət çəkdi

Aysunun tədbirdə üzük taxmaması diqqət çəkdi

Bir neçə gündür ayrılıq xəbərləri ilə gündəmdən düşməyən müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ötən gün obyektivlərə tuş gəlib. 

Axşam.az xəbər verir ki, sənətçi anası Rəqsanə İsmayılovanın şəhidlər üçün verdiyi ehsan mərasiminə qatılıb. 

 

Aysunun nişan üzüyünü çıxardığı diqqətdən qaçmayıb. İfaçı ayrılıqla bağlı sualları isə cavabsız qoyub. O, müsahibə verməkdən qaçıb. 

Aysun daha sonra “bu haqda danışmaq istəmirəm, danışmayacağam”, - deyə reaksiya verib. Bununla bağlı danışmasa da, sənətçi ayrılıq xəbərlərini inkar da etməyib. Hər yerə birlikdə getdiyi həyat yoldaşı Eşqinin isə məclisdə olmaması diqqət çəkib. 

Qeyd edək ki, Aysun və Eşqin iyunda ailə qurub. Bir müddət əvvəl isə onlar instaqramda birlikdə olan fotolarını siliblər və bir-birini izləmədən çıxarıblar.