Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram Nurlu onu təhqir edən “Tik-tok” yayımçısını POLİSƏ VERDİ

Bayram Nurlu onu təhqir edən “Tik-tok” yayımçısını POLİSƏ VERDİ

"Bilirsiz ki, mən heç vaxt söyüş söymürəm. Heç məni söyənə belə söyüşlə cavab vermirəm. Mədəni cavab verirəm və təhqir edən kəs özü utanır, susur. Amma "Tik-tok"da Elvin adlı bir yayımçı nəinki məni, mənim əzizlərimi, doğmalarımı təhqir edir. Ona xəbər göndərmişdim ki, özünü yığışdırsın. Mənim valideynlərimi təhqir etməyə heç kəsin haqqı yoxdur. O isə əksinə, bir az da üstünə qoydu. Mən istəməsəm də, məcbur qalıb onu artıq polisə şikayət etdim".

Bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. O, hüquq-mühafizə əməkdaşlarından razılığını da gizlətməyib:

"102 xidmətinə zəng etdim. Qeydə aldılar. Dərhal məni polis şöbəsinə çağırdılar. Ərizəmi aldılar. Mənim polislərimizə inanıram. Elə şöbədə olanda Elvin adlı şəxs hələdə canlı yayımda idi və təhqir edirdi. Polis əməkdaşları özləri də bunun şahidi oldular".

B. Nurlu bildirib ki, heç kəsi polisə vermək istəməsə də, bəzi insanlar sanki adamı pislik etməyə vadar edir.