Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə Videolar

Faiq Ağayev qayda pozan "Prado" sürücünü TƏNQİD EDİB, ŞƏKİLLƏR YAYDI

Faiq Ağayev qayda pozan "Prado" sürücünü TƏNQİD EDİB, ŞƏKİLLƏR YAYDI Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması faktını ifşa edib. İfaçı paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədəki hesabında paylaşıb. Məlumata görə, 99-KH-853 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” avtomobili piyadaların hərəkət yolunda park edilərək onların hərəkətinə mane yaradıb. İfaçı bundan əsəbiləşərək avtomobilin sürücüsünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən “bir ədəd azərbaycanlı” adlandırıb. O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib. Qafqazinfo