Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Telefonu yastığa yaxın qoymaq görün hansı nəticələrə gətirib çıxarır

Telefonu yastığa yaxın qoymaq görün hansı nəticələrə gətirib çıxarır

Texnika elmləri doktoru Aleksandr Titomir "Zvezda" telekanalına bildirib ki, əgər səhhətinizdə problem yaşamaq istəmirsinizsə, gecə saatlarında telefonu yastığının altına qoymamalısınız. 

Publika.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, cihaz radiasiya yaydığı üçün onu mümkün qədər kənarda saxlamaq məqsədəuyğun olacaq.

"Şarj zamanı telefondan çoxlu radiasiya yayılır, yastıq və yorğan isə sizi bütün bu elektromaqnit dalğalarından qorumur. Belə radiasiya insanın bioenerji sahəsinə təsir edir, ondan tam qorunmaq mümkün deyil. Orqanizm Yerin təbii maqnit sahələrinə alışır, cihazların yanında geopatogen zonalar, texniki zonalar yaradılır. İnsanlar şüalanmanın davam etdiyini, heç kimin ondan qoruna bilmədiyini nəzərə almır", - ekspert vurğulayıb.

Titomir gecə vaxtı telefonu söndürməyi məsləhət görüb. Şarj yığırsa, onun yeri yataqdan mümkün qədər uzaq olmalıdır. İnsanın elektromaqnit sahəsini bərpa edən xüsusi materialdan da istifadə edə bilərsiniz. Bir saat ərzində özünüzü belə bir materialla örtmək kifayətdir. Yaxşı olar ki, smartfonun özündən az istifadə olunsun, onu cibinizdə saxlamayın, söhbətlər arasında ən azı 15 dəqiqəlik fasilələr verin. Çünki elektromaqnit şüalanması baş ağrısı, əsəbilik və yuxululuğun artmasına səbəb olur.