Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Polietilen torbalarla bağlı nazirlikdən açıqlama

Polietilen torbalarla bağlı nazirlikdən açıqlama

“Bir çox insanlar polietilen torbalarla bağlı dəyişiklikdə maraqlı deyillər. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu şəxslər bilməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər. Həmin cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alarkən müvafiq sənədləri tələb etməlidir. Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır.

Xidmət rəisi həmçinin bildirib ki, polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq müraciətlər hazırlayır və bu, aidiyyəti qurumlara göndəriləcək.