Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qazilərimiz tibbi sığorta ediləcək

Qazilərimiz tibbi sığorta ediləcək

““YAŞAT” Fondu ianələr əsasında şəhid ailələri və qazilərə yardımlar edir. Əgər ianələr olacaqsa, problemlərin həllinə kompleks şəkildə yanaşma tətbiq edilə bilər. Diqqət etdinizsə, problemlərin çoxu tibblə bağlıdır. Biz sığorta şirkətləri ilə danışıqlar aparırıq ki, qazilərimizi tibbi sığorta edək. Əgər qazilərimizin tibbi problemləri olacaqsa, onları sığorta şirkətləri vasitəsilə həll edə bilsinlər”. 

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Fond şəhid övladları və qazilər üçün xüsusi təhsil proqramları üzərində çalışır: “Müasir dövrün əsas ixtisaslarına yiyələnmək üçün bu vacibdir. Türkiyənin  Mehmetcik və qazi fondu var, onlarla əlaqə qurmuşuq. Gələcəkdə şəhidlərimizin övladları bu proqramdan istifadə edə bilsinlər”.