Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yanvarın 18-də sərt karantin ləğv edilə bilər - "HƏR ŞEY YAXŞIDIR VƏ..."

Yanvarın 18-də sərt karantin ləğv edilə bilər - "HƏR ŞEY YAXŞIDIR VƏ..."

"Hazırki dinamika çox müsbətdir. Epidomoloji vəziyyət dekabrın əvvəli ilə müqayisədə xeyli yaxşıdır. Bu səbəbdən səhiyyə sistemində mövcud olan yüklənmə azalıb. Bu da tibb işçilərinin daha operativ, daha yaxşı işləməsinə şərait yaradır".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov açıqlamasında deyib. O bildirib ki, qəbul edilən qərara əsasən sərt karantin yanvar ayının 18-i yekunlaşır:

"Lakin bu, o demək deyil ki, yumuşaldılmalara birbaşa keçid ediləcək. Çünki vaksinasiya aparılana qədər sürətli yumuşaldılma tədbirləri yoluxma statistikasını artıra bilər. Bu səbəbdən yumuşaldılma tədbirləri mərhələli şəkildə həyata keçiriləcək. Burada riyazi modelləşdirmə aparılmalıdır. Nəzər almaq lazımdır ki, yoluxmanın artmasına səbəb olan əsas məkanlar kafe-restoranlar, ictimai nəqliyyatdır. Məlumdur ki, ictimai iaşə obyektlərinin yerində xidmət göstərməsi iqtisadiyyata ciddi zərbələr vurur. Amma mövcud vəziyyət elə şərait yaradır ki, insan sağlamlığı daha önəmli ola bilir. Buna görə bütün ehtimalları nəzərə alaraq qərarlar qəbul ediləcək.

Eyni zamanda vaksinasiya prosesinə hazırlıqlar davam etdirilir. Təbii ki, vaksinasiya pandemiyanın bitməsi demək deyil. Bu proses bir gündə aparılmayacaq. İlk olaraq əhalinin 20-30%-inə tətbiq ediləcək. Daha sonra isə mərhələli şəkildə vaksinasiya tədbirləri həyata keçiriləcək".

Şəfəq Samed \ Redaktor.az