Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Telegram”a “böyük köç”: Son 72 saat ərzində 25 milyon yeni qeydiyyat

“Telegram”a “böyük köç”: Son 72 saat ərzində 25 milyon yeni qeydiyyat

“Telegram” messencerinin istifadəçilərinin sayı son 72 saat ərzində 25 milyon artıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə sözügedən sosial şəbəkə proqramının yaradıcısı Pavel Durov məlumat yayıb.

“Yalnız son 72 saat ərzində “Telegram”a 25 milyon yeni istifadəçi qatılıb”, - deyə P. Durov qeyd edib.

O əlavə edib ki, son 72 saat ərində Asiyadan 38 faiz, Avropadan 27, Latın Amerikasından 21, Orta Şərq-Şimali Afrika ölkələrindən isə səkkiz faiz istifadəçi “Telegram”a qoşulub.