Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”

Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

Peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

Prezident bildirib ki, hazırda onunla birlikdə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısında iştirak edənlərin vaksinasiya prosesi davam edir.

“Bütün partiya liderlərini, cəmiyyətin öndə gedən şəxslərini bizim nümunəyə dəstək olub, vaksinasiyadan keçməyə çağırıram. Burada çətin heç nə yoxdur. Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən”, - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti bugünədək koronavirusdan ölənlərə Allahdan rəhmət diləyib.