Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəhidlər Xiyabanını ziyarət edəcək şəxslərim DİQQƏTİNƏ - XƏBƏRDARLIQ

Şəhidlər Xiyabanını ziyarət edəcək şəxslərim DİQQƏTİNƏ - XƏBƏRDARLIQ

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SHOWNEWS.az-a bildirilib ki, bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.

Belə ki, Xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar", - Mətbuat xidmətindən bildirilib.