Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Novruz çərşənbələrinin vaxtı məlum oldu

Novruz çərşənbələrinin vaxtı məlum oldu Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.

SHOWNEWS.AZ xəbər verir ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.

Fevralın 23-də ilk – Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq.