Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"WhatsApp"a yenilik gəldi - artıq danışdığınız adamı izləyə biləcəksiniz

"WhatsApp"a yenilik gəldi - artıq danışdığınız adamı izləyə biləcəksiniz

“iOS” mobil əməliyyat sistemi üçün təqdim edilmiş “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində kontaktların aktivliyini izləməyə imkan verir.

SHOWNEWS.AZ xəbər verir ki, yeni proqram dostların messencerdən istifadə tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verir.

Bundan başqa, “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində iki kontaktın onlayn vaxtını tutuşdura və onların bir-biri ilə ünsiyyətdə olduğunu müəyyənləşdirə bilir. Sözügedən proqram, həmçinin istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində messencerdən istifadə tezliyini göstərir. Yeni proqram tamamilə qanunidir.

Qeyd edək ki, bu mobil tətbiq “Last Seen” (“Son daxilolma”) funksiyası deaktiv edildiyi halda belə işləyir.

Sözügedən mobil proqram ödənişlidir: proqramçılar bir həftə ərzində iki kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb edirlər. Həmçinin nəzərə almaq lazımdır ki, “WhatsApp” messencerinin rəhbərliyi istənilən vaxt “Chatwatch” proqramının şirkətin məlumatlarına girişinə qadağa qoya bilər.

ICTnews.az